Şriftin ölçüsü :

Saytın rəngi :

Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının milli həmrəylikdən uzaq ermənipərəst mövqelərini sərt formada qınayırıq

30 sentyabr 2020 | 16:00

İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəmizə qarşı təxribatlar həyata keçirir və bu məkrli addımından imtina etmək fikrində deyil. Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı açıq şəkildə Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Bunun ardınca isə erməni tərəfi sentyabrın 27-də növbəti dəfə təxribat törədərək ərazilərimiz ağır silahlardan atəşə tutdu. Beynəlxalq təşkilatların və dövlətlərin işğalçıların bu təxribatlarına susqunluğu zamanında Azərbaycan Ordusu öz sözünü deyir, düşmənə sarsıdıcı zərbə endirir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, bizim işimiz haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik”.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
   27 sentyabr tarixində  mənfur, işğalçı  Ermənistan silahlı qüvvələrinin başlatdığı genişmiqyaslı təxribata dair ölkədə fəaliyyyət göstərən 50 siyasi partiyanın birgə bəyənatı Azərbaycanda yaşanan siyasi birliyin möhkəmliyindən xəbər verir. Ölkədə fəaliyyət göstərən  50 siyasi partiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.
   Təəssüflər olsun ki özlərini xalqın, millətin yanında olduqlarını bildirən Müsavat Parrtiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi yolunda şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Şəxsi intiriqlarını, siyasi ambisiyalarını bir kənara qoyub Ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan siyasəti dəstəkləməmələri Müsavat AXCP cütlüyünün səmimi olmadıqlarını və əsl simalarını göstərir. Azərbaycanın Haqq müharibəsinin başlanmasının ilk günündə  Müsavat Parrtiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyaları  ümummili dəyərlərə sahib çıxmayaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə sevinməyərək siyasi ədavət saxlayaraq belə tarixi gündə Ali Baş Komandamızın yanında olma qabiliyyətini göstərə bilmədilər. Cənab Prezident İ. Əliyevin həyata keçirdiyi islahatları görməyən, daxili ictimai- siyasi vəziyyətə təkan verən siyasi dialoq çağrışına cavab verməyən Müsavat AXCP cütlüyünün dövlətimizin və xalqımızın çətin, şərəfli günündə birlik, bərabərlik, həmrəylik kimi milli çağrışlara qoşulmamaları hər kəs kimi biz Zəngilanlıları da hədsiz hiddətləndirir.
  Hamımıza çox yaxşı məlumdur ki, Müsavat AXCP cütlüyünün hakimiyyəti illərində ölkə iqtisadiyyatı iflic vəziyyətə düşdü,büdcə talan edildi,ölkənin qızıl ehtiyatı Kərimov Əlinin və Qəmbərov İsanın qohum əqrabaları arasında bölüşdürüldü. Bu gün onlar yenə öz mənfur xislətlərini gizlətmirlər. Dünya bazarında neftin qiyməti aşağı düşən zaman sözügedən  partiyanın rəhbərləri bir-birlərini təbrik edirlər, sevinirlər ki, Azərrbaycan iqtisadiyyatı çökəcək. İndi bunlara nə ad vermək olar ? ermənidən bunların hər hansı bir fərqi varmı? Torpaqlarımız işğaldan azad olunan vaxt bütün Azərrbaycan xalqı qələbəni bayram edən zaman AXCP və Müsavat partiyasının rəhbərləri hansı üzlə xalqın içinə çıxacaqlar? Onlar erməni dəyirmanına su tökənlərdir. Hər iki partiyanın rəhbərinə ar olsun!
   Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar vahid mövqedən çıxış edir. İndiki vəziyyətdə siyasi partiyalar üçün Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz və ərazi bütövlüyümüz ən mühüm amildir, ümummilli məsələlərdə birlik nümayiş etdirilməlidir. Siyasi partiyaların mütləq əksəriyyəti bu məsələdə vahid mövqedən çıxış edirlər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizədə siyasi partiyaların mövqeyi bir olmalıdır-Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bu haqq mübarizəsində dövlət başçısının yanında olmalıdırlar.
  Ali Baş Komandan cənab İlham Əliyevin  uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xəbərlər Ölkə Prezidentinin xalqımıza verdiyi vədlərə sadiqliyinin bariz nümunəsidir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi cənab Prezidentə, öz dövlətinə, öz ordusuna güvənir. Ali Baş Komandamızın rəhbərliyi və  güclü Ordumuzun şücayəti ilə Dağlıq Qarabağda üçrəngli bayrağımızın dalğalanmasını, himnimizin bütün işğal olunmuş rayonlarda səslənəcəyinə  bütün  Azərbaycan vətəndaşıları inanır və o günün çox da uzaqda olmadığını bilirik. Xalqımız və onun bir parçası olan Zəngilan ictimaiyyəti ölkə başçısı cənab İlham Əliyevin ətrafında həmişə olduğu kimi yenə sıx birləşib, mənfur düşmənlərimizə layiq olduğu yeri göstərməyə həran hazırdı. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətimizin yürütdüyü düzgün və uğurlu siyasət xalqımızı xoşbəxt gələcəyə aparır.
  AXCP və  Müsavat partiyalarının bugünkü mövqeyini sərt şəkildə qınayır və həddindən artıq hiddətlənirik. Rayon ictimaiyyəti adından bildiririk ki, ölkəmizdə aparılan Vətən müharibəsində, haqq mübarizəsində biz hamılıqla Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin yanındayıq və yekdilliklə onu dəstəkləyirik.

                                                                                                                                                                                        Bir qrup Zəngilan ziyalısı

Keçidlər