Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

28 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında nitq söyləyib və həmin iclasın qısa mətnini nəzərinizə çatdırırıq:
27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi.
Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.
27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.
Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir.
On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.
Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. 
Orduya könüllü kimi yazılanların sayı dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir.
Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.
27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib.
27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.
27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı.

Keçidlər