Deputat sakinlərlə görüş keçirdi
25 sentyabr 2020 | 16:00
Milli Məclisin deputatı İmamverdi İsmayılov sentyabr ayının 25-də Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüş keçirdi. Görüşdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov da iştirak etdi. Deputat hər bir vətəndaşı fərdi qaydada qəbul etdi, onların problemləri ilə maraqlandı. Bəzi məsələlər yerində həll edildi, digərləri ilə bağlı əlaqədar qurumlara müraciət ediləcəyi bildirildi.