Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlılara qarşı erməni vəhşiliyi-31 Mart soyqırımı

31 mart 2013 | 16:00

Dünya azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar 30 mart 2013-cü il tarixdə Zəngilan rayon icra hakimiyyətində anım mərasimi keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyəti aparatının işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər iştirak etmişlər.
Yığıncağı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri S.Paşayev açaraq zaman-zaman azərbaycanlıların soyqırıma məruz qalması faktlarını qeyd etmişdir. Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. İnsanlığa qarşı erməni vəhşiliyi-mart soyqırımı barədə rayonumuzdakı 26 saylı məktəbin tarix müəllimi Hüsaməddin Kazımov məruzə etmiş, azərbaycanlılara qarşı ermənilərin məkrli soyqırım siyasəti barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişdir.
Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Ə.Şükürov və rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru H. Ələkbərov çıxış edərək son bir neçə əsr ərzində riyakar erməni millətçilərinin xalqımıza, o cümlədən zəngilanlılara qarşı törətdikləri soyqırım siyasətindən danışmış və gənc nəslin bu sahədə davamlı olaraq məlumatlandırılmasının zəruriliyini qeyd etmişlər.

Keçidlər