Mobil qruplar əhali arasında təbliğat işlərini davam etdirir
15 sentyabr 2020 | 16:00
Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün mobil qruplar növbəti dəfə ciddi nəzarət tədbirləri həyata keçirdi. Onlar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində maarifləndirmə işləri apardı. Reyd zamanı tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırıldı.