Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri yüksək bal toplamış məzunlarla görüşdü

14 sentyabr 2020 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun  ümumtəhsil məktəblərini bitirib, yüksək bal toplayan 14 məzunla onlayn görüş keçirdi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin əməkdaşları, YAP Zəngilan rayon təşkilatının sədri, başçının müavini,  Rayon Gənclər və idman idarəsinin rəisi, Rayon təhsil şöbəsinin müdiri, məktəb direktorları, yüksək bal toplamış məzunlar və valideynlər iştirak etdilər.
Görüş zamanı rayon rəhbəri məzunları təbrik edərək onlara uğurlar arzuladı və onların naliyyətlərinin bütün rayon ictimaiyyətini sevindirdiyini bildirdi. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan, keçirilən islahatlardan danışdı. Ramiz Həsənov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sonsuz diqqət və qayğısı nəticəsində ölkəmizdə yeni məktəblər tikilmiş, bir çox məktəblər  isə əsaslı təmir edilmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.
Çıxış edənlər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər