Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı sərgi keçirildi.

04 mart 2024 | 16:37

04 mart 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı "Olimpiya oyunları şagirdlərin gözü ilə" adlı şagirdlərin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi keçirildi.

Sərgiyə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin müdiri Natiq Abbasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin müdir müavini İlham Əhmədov, digər qonaqlar, müəllimlər və şagirdlər tərəfindən baxış keçirildi.

Sərginin məqsədi idmanın gənclərin və cəmiyyətin formalaşmasında müsbət təsirinin olduğunu göstərmək, şagirdlərin idmana olan marağını artırmaq, onları pis vərdişlərdən uzaq tutmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Keçidlər