Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar Günüdür

08 mart 2013 | 16:00

Zəngilan rayon icra hakimiyyəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirmişdir.
Mart ayının 7-də rayon icra hakimiyyətinin iclas zalında təşkil olunan tədbiri giriş sözü ilə RİH-nin başçısı cənab Ramiz Həsənov açaraq əlamətdar bayram münasibətilə yığıncaqda iştirak edən xanımları, eləcə də onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir.
Rayon rəhbəri Beynəlxalq Qadınlar Gününün yaranma tarixi, dövlət tərəfindən Azərbaycan qadınlarına göstərilən qayğı, bu sahədə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri, uğurla həyata keçirilən gender siyəsəti sahəsində qadınların dövlət idarəçiliyində iştirak və rolunun durmadan artması, rayonumuzda bunun bariz nümanəsi olan faktları açıqlamış və bir daha qadınlara xoş arzularını bildirərək, tədbir iştirakçısı olan xanımların hər birinə qiymətli hədiyyə və təzə-tər qızı güllər təqdim etmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov, rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, YAP rayon təşkilatının sədri Əsəd Hüseynov, rayon dövlət işçiləri həmkarlar komitəsinin sədri İman Məmmədov, rayon icra hakimiyyətinin məsul işçiləri Natiq Quluzadə və Oruc Sadıqov söz alaraq qadınları təbrik etmişlər.
Rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova rayonda qadınlara göstərilən diqqət və qayğıya, edəcə də bayram tədbirinin yüksək səviyyədə təşkilinə görə RİH-nin başçısı cənab R.Həsənova qadınlar adından razılıq və təşəkkürünü bildirmişdir.

Keçidlər