Xüsusi karantin rejimi ilə bağlı yaradılmış mobil qruplar tərəfindən reydlər davam edir
07 avqust 2020 | 16:00
Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən şəhərcikdə sakinlər arasında maarifləndirmə işləri davam edir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, mobil qruplar tərəfindən tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırıldı.