Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla əlaqədar yaradılmış mobil qruplar işlərini davam etdirir

06 avqust 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür. Mobil qruplar tərəfindən davamlı olaraq reydlər təşkil olunur, sakinlər arasında maarifləndirmə işləri aparılır. Məcburi köçkün şəhərciyində məskunlaşan sakinlərə qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, məsafə saxlamaq, özlərində virusun əlamətlərini hiss etdikləri zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmək tövsiyə olunur.

Keçidlər