Şriftin ölçüsü :

Saytın rəngi :

29 iyul 2020-ci il tarixdə də Zəngilan rayonunda fəaliyyət göstərən mobil qruplar əhali arasında nəzarət işlərini davam etdirdi

29 iyul 2020 | 16:00

Növbəti dəfə Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qruplar əhali arasında təbliğat işlərini davam etdirir. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska və dezinfeksiyaedici maddələrdən istifadə etmələri tövsiyə olundu. Həmçinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq dezinfeksiyaedici vasitələrdən istifadənin vacibliyi əhalinin  diqqətinə çatdırıldı.

Keçidlər