XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ
Zəngilan Rayon İcra Hakimiyyəti 25 fevral 2013-cü il tarixdə Xocalı soyqımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Rayonun 22 nömrəli tam orta məktəbinin klubunda təşkil olunan mərasimi açan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun təklifi ilə Xocalı şəhidlərinin, eləcə də ölkəmizin müstəqilliyi uğrunda həlak olan bütün Azərbaycan şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.
Rayon rəhbəri cinayətkar erməni-rus silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı faciəsi, onu doğuran səbəblər, hadisələr xronikası, nəticələri, ibrət dərsləri haqqında ətraflı məlumat vermişdir.
Sonra tədbir iştirakçıları üçün Xocalı hadisələrindən bəhs edən «Xoca» filmi nümayiş etdirilmişdir.