Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonunda fəaliyyət göstərən mobil qruplar əhali arasında nəzarət işlərini davam etdirdilər

15 iyul 2020 | 16:00

Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyində və Sabirabad rayonu,Rüstəmli kəndi ərazisində zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qruplar öz işlərini davam etdirirlər. Mobil qruplar qəsəbədə  fəaliyyət göstərən marketlərdə,  eləcə də məhəllədaxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir.

Keçidlər