Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan möbil qrupların üzvləri mütəmadi olaraq reydləri davam etdirirlər.
14 iyul 2020 | 16:00
Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə aparılmış, reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır.Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilmişdir.