Mobil qruplar tərəfindən maarifləndirici reydlər hər gün davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargahın tətbiq etdiyi sərtləşdirilmiş karantin rejiminin tələblərinə, həmçinin sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün mobil qruplar tərəfindən davamlı olaraq reydlər təşkil olunur, sakinlər arasında maarifləndirmə işləri aparılır. Maarifləndirmə işlərinin aparılması üçün yaradılan mobil qruplar tərəfindən Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən şəhərcikdə izahetmə-xəbərdarlıq işləri aparılır, fəaliyyətinə icazə verilmiş ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirilir. İdarə və təşkilatların binalarında, həmçinin ərazidə dezinfeksiya işləri aparılır.