Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonu,Masazır qəsəbəsində yerləşən şəhərcikdə mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir
10 iyul 2020 | 16:00
Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən aparılan profilaktik söhbətlər zamanı sakinləri bir daha karantin qaydalarına ciddi riayət etməyə çağırıblar. Məcburi köçkün şəhərciyində məskunlaşan sakinlərinə qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, məsafə saxlamaq, özlərində virusun əlamətlərini hiss etdikləri zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmək tövsiyə olunub.