Mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir
Koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qruplar Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyində və Sabirabad rayonu,Rüstəmli kəndi ərazisində zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə öz işlərini davam etdirirlər. Rayon İcra Hakimiyyətinin, Hüquq Mühafizə Orqanlarının, rayon Mənzil Komunal İdarəsinin və digər qurumların əməkdaşlarından ibarət olan mobil qruplar əhali arasında maarifləndirmə işləri həyata keçirir, eyni zamanda sərt karantin rejiminin tələblərinin icrasına nəzarəti həyata keçirir.