Karantin rejiminin sərtləşdirilməsi ölkə əhalisinin sağlamlığına xidmət edir
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.
Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyyələrinə riayət edərək Zəngilan rayon İcra hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq rayonun idarə-müəssisə və inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə video-müşavirələr keçirilmiş, karantin qaydalarına əməl edilməsi ilə bağlı rayon əhalisi arasında maarifləndirici söhbətlər aparılmışdır. Məskunlaşdığımız qəsəbə ərazisində dezinfeksiya tədbirləri həyata keçirilmiş və qoruyucu vasitələrdən istifadə olunması vətəndaşlara tövsiyyə olunmuşdur. Lakin son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində əhali arasında sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayında artım müşahidə edilmişdir. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmışdır ki, bu da əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Bir daha rayon əhalisinin nəzərinə çatdırırq ki, ölkə ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarının tələblərinə ciddi əməl olunmalıdır.