Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarla görüş

31 dekabr 2012 | 16:00

Dekabr ayının 30-da Həkəri şadlıq sarayında peşəkar döyüş növləri üzrə ixtisaslaşdırılmış “Araz” idman klubunun ilin yekunlarına həsr olunmuş geniş tədbiri keçirilmişdir. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov, federasiyanın məsul şəxsləri, idman mütəxəssisləri və jurnalistlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə “Araz” idman klubunun direktoru Siyavuş Bayramov açmışdır. Sonra söz Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova verilmişdir. R.Həsənov ölkədə idmanın inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədəyönlü fəaliyyətdən və bu sahədə qazanılan nailiyyətlərdən danışmışdır. Eyni zamanda bu siyasətin davamı olaraq rayonda idmana və idmançılara göstərlən qayğı haqqında qonaqlara məlumat vermişdir. Sonda başçı rayonun idman şərəfinin qorunması və uğurlu nəaliyyətlərinə görə 3 nəfər zəngilanlı idmançını fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.
Tədbirdə Siyavuş Bayramovun “Araz” idman klubu idmançılarının 2012-ci ildə iştirak etdikləri yarışlar, qazandıqları uğurlar barədə hesabat xarakterli məruzəsi dinlənilmişdir. Sonra Zəngilan rayon Gənclər və idman idarəsinin rəisi Z.Nəcəfzadə, Xətai rayon Gənclər və idman idarəsinin rəisi Ə. Hüseynov, valideynlər və idmançılar çıxış edərək fikirlərini və təkliflərini bildirmişlər.
Sonda hesabat ilində yüksək nəticə göstərmiş idmançılara və “Araz” idman klubunun fəaliyyətinə dəstək vermiş şəxslərə klub tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər