Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyətinin başçısı aparatın məsul əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti video-müşavirə keçirdi

15 may 2020 | 16:00

15 may 2020-ci il tarixdə rayon İcra hakimiyyətinin başçısı aparatın məsul əməkdaşları və şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı  ilə növbəti video-müşavirə keçirdi.

Müşavirədə Prezident cənab İlham Əliyev tərəfindən vəzifəli şəxslərin qarşısında qaldırılan məsələlər,koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin yerlərdə davam etdirilməsi,ölkədə tətbiq olunacaq yumaştma tədbirlərinə baxmayaraq kütləvi toplaşmaların qarşısının alınması,sosial izoliasiya tələblərinə ciddi əməl edilməsi müzakirə olunmuş,yaşı 65-dən yuxarı olan sakinlərlə mütamadi əlaqə saxlanılaraq onlarla əsas gündəlik təlabat mallarının alınmasında köməklik göstərilməsi ilə bağlı icra nümayəndələrinə tapşırıqlar verilmişdir.

Keçidlər