Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə videomüşavirəsi keçirildi

08 may 2020 | 16:00

Videomüşavirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən bəzi xüsusi karantin qaydalarının aradan qaldırılması, dezinfeksiya işlərinin aparılması, əhali arasında müəyyən edilmiş karantin qaydalarına əməl edilməsi barədə maarifləndirmə işlərinin davam etdirilməsi və aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi ilə bağlı məsələlər müzakirə olundu. İclas iştirakçılarına müvafiq tapşırıq və tövsiyyələr verildi. Sonda nümayəndələr dinlənilərək qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görüldü.

Keçidlər