Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı edilir

16 aprel 2020 | 16:00

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar evdən çıxmasına icazə verilməyən 65 yaşdan yuxarı tənha sakinlərə diqqət mütamadi olaraq davam etdirilir. 
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 164 ahıl, kimsəsiz aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub. Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər