Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il şənlikləri

30 dekabr 2012 | 16:00

Yeni il ərəfəsində - dekabr ayının 29-da Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfərdən çox az təminatlı ailənin uşaqları üçün Yeni il şənliyi təşkil edilmişdir.
Nəsimi rayonunun, H.Sarabski adına mədəniyyət evində keçirilən şənlikdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxış edərək Azərbaycanda uşaqlara, onların sağlamlığına, mənalı istirahətinə, təhsilinə, tərbiyəsinə göstərilən ümumdövlət qayğısından danışmış, ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki xidmətlərini qeyd etmişdir.
Yeni il şənliyindən sonra uşaqlar “Uşaq teatrı”nın aktyorlarının iştirakı ilə “Şrek və dostları” tamaşasına baxmışlar. Tədbirin sonunda balacalara Yeni il hədiyyəsi təqdim olunmuşdur.
31 dekabrda isə 50 nəfər aztəminatlı uşağın Respublika əl oyunları sarayında təşkil edilən Yeni il şənliyində iştirakına şərait yaradılmışdır.
 

Keçidlər