Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində koronavirusla əlaqədar yaradılmış mobil qruplar işlərini davam etdirir

02 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir.  Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yaşayış massivində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zəngilan rayon İcra hakimiyyəti tərəfindən rayon Polis idarəsinin əməkdaşları ilə birgə vətəndaşların ərazidə xüsusi karantin rejiminin tələblərinə əməl etməsi, fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılmış 2-3 nəfərdən ibarət mobil qruplar işlərini davam etdirir. Qrup üzvləri tərəfindən sakinlərin xüsusi karantin rejiminə əməl etməsi və evdə qalması istiqamətində maarifləndirmə işləri həyata keçirilir. Ərazidə karantin rejiminə ciddi əməl olunur.

Keçidlər