Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
27 fevral 2020-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov, RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. İlk öncə rayon rəhbəri və qonaqlar Ulu Öndər Heydər Əliyevin Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Zəngilan RİH başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətini, dövlət başçısının tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Rayon İcra Hakimiyyəti tərəfindən ötən ildə vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını, sosial-iqtisadi sahədə görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Rayon rəhbərinin məruzəsindən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdı və rayonda ötən ilin yekunlarını müsbət dəyərləndirdi.