Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
24 fevral 2020 | 16:00
24 fevral 2020-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Mədəniyyət evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Faciə zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra faciəni əks etdirən “Soyqırım tarixinin dastanı” tamaşası nümayiş etdirildi.