Səyyar görüş keçirildi
28 yanvar 2020 | 16:00
Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu yanvar ayının 28-də Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən yataqxanada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Rayon rəhbəri Azərbaycanın sürətli və hərtərəfli inkişafından, insanların rifah halının yaxşılaşmasından danışdı. Qəbulda vətəndaşların müraciətləri dinlənildi. Problemlərin bir çoxu yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.