Şriftin ölçüsü :

Saytın rəngi :

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin icrası ilə bağlı Geniş Şura iclası keçirilmişdir.

28 noyabr 2012 | 16:00

26 noyabr 2012-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatında geniş tərkibdə Şura iclası keçirilmişdir. Şura iclasında “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin icrası müzakirə edilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov gündəlikdəki məsələ ilə bağlı məruzə etmişdir.
Məruzədən sonra rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, statistika idarəsinin müdiri Dağbəyi Əsədov, əhalinin sosial müdafiə mərkəzinin direktoru Həsən Ələkbərov, qeydiyyat şöbəsinin müdiri Roza Fərəcova çıxış etmişlər.
Sonda cənab Rövşən Ağayev Əsasnamədə qeyd olunan prioritetləri bir daha ətraflı şərh etmiş, dövlət qulluqçularının bununla əlaqədar qarşısına qoyulan vəzifələrin icrası istiqamətində tövsiyyələr vermişdir.

 

Keçidlər