Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan zəngilanlı məcburi köçkünlər ilə səyyar görüş keçirildi
07 yanvar 2020 | 16:00
Məcburi köçkünlərlə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir. Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu yanvar ayının 7-də keçirildi. Rayon rəhbəri ilk öncə Ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan söz açdı. Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlərin bir çoxu yerində həll edildi, bəzilərinin həlli nəzarətə götürüldü. Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.