Məcburi köçkünlərlə növbəti səyyar görüş keçirildi
24 dekabr 2019 | 16:00
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı dekabr ayının 24-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən yataqxanada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar qəbul keçirdi. Səyyar qəbul zamanı Ramiz Həsənov çıxış edərək, ölkəmizdə olan ictimai-siyasi sabitlikdən, aparılan uğurlu islahatlardan danışdı. Sonra məcburi köçkünlərin müraciətləri dinlənildi və bir qismi yerində öz həllini tapdı. Digər müraciətlərin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verildi.