Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü keçirildi

17 dekabr 2019 | 16:00

Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Səbail rayonunda keçirildi. Qəbulda RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, insanların rifah halının günü-gündən yaxşılaşmasından, ölkədə keçirilən məqsədyönlü islahatlardan danışdı. Daha sonra müraciətlər dinlənildi. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi, bir neçə müraciətlərlə bağlı vətəndaşlara izahatlar verildi.

Keçidlər