Ağacəkmə aksiyası keçirildi
Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Zəngilan rayon İcra hakimiyyəti də dekabr ayının 6-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış yaşayış massivinin ərazisində ağacəkmə aksiyası keçirdi. Bu aksiyada Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, aparatın məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etdilər. Ağacəkmə aksiyası çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədi ilə xüsusi olaraq yaşıllığın salınması üçün ayrılmış ərazidə eldar şamı, gül kolları əkildi, ətraf ərazi abadlaşdırıldı. Tədbirdə konsert proqramı nümayiş etdirildi.