Növbəti səyyar görüş keçirildi
Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu 3 dekabr 2019-cu il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov uğurlu iqtisadi islahatlardan, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir sıra tədbirlərdən danışdı. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə çıxışlar dinlənildi. Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət və şikayətlərin bir çoxu yerində həll edildi, bəzilərinin isə həlli nəzarətə götürüldü. Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.