Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlər ilə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir

26 noyabr 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu noyabr ayının  26-da Sumqayıt şəhəri, Bağlar ərazisində  məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. İclasda RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin güclü siyasi iradəsi və apardığı müstəqil siyasəti sayəsində bütün sahələrdə əldə olunan uğurlardan danışdı. Daha sonra sakinlərin problemləri dinlənildi. Məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verildi.

Keçidlər