Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirildi

19 noyabr 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu  noyabr ayının 19-da Xəzər rayonunda məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi kadr və struktur islahatlarından, ölkəmizdə olan ictimai-siyasi sabitlikdən danışdı. Sonra rayon rəhbəri sakinlərin müraciətlərini dinlədi. Müraciətlərin  bir çoxu yerində həll edildi, digər müraciətlər barədə ətralı izahat verildi. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı həmin ərazidə yaşayan yataq xəstəsi Muradova Rübabə Cavanşir qızının məskunlaşdığı ünvana gedərək onun vəziyyəti ilə tanış oldu, onun problemlərinin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verdi.

Keçidlər