“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasının Zəngilan rayonunu təmsil edən məktəbliləri ilə görüş keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam etdirilir.
Tur aksiyada iştirak edən məktəblilərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, regionlarda aparılan quruculuq işlərindən danışdı.Ölkə Prezidentinin tapşırığına əsəsən təşkil olunan tur aksiya çərçivəsində onların tariximizin, mədəniyyətimizin, coğrafiyamızın öyrənilməsində böyük fürsət yarandığını bildirdi, onlara uğurlu səyahət arzuladı.
Çıxış edən şagird və valideynlər onlara yaradılan bu şərait üçün dövlət başçısına öz minnətdarlıqlarını bildirdi.
Məktəblilərlə xatirə şəkli çəkildi.