Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlər ilə növbəti səyyar görüş keçirildi

12 noyabr 2019 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayon İcra hakimiyyətinin növbəti səyyar görüşü  Yasamal rayonunda məskunlaşan məcburi köçkünlərlə keçirildi. Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək son illər iqtisadiyyatımızın davamlı inkişafından, yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyaların bir neçə dəfə artırılması, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsindən və həyata keçirilən uğurlu islahatlardan danışdı. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətlər dinlənildi. Qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər