Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənovun əhali ilə səyyar görüşləri davam edir
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu noyabr ayının 5-də Nizami rayonu, Şərifli küçəsi-1, Lal-kar uşaqlar məktəbinin yataqxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Görüşdə RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi.
Qəbul zamanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı.
Ölkəmizdə olan sabitliyə, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Bir çox məsələlər yerində həll edildi və bəzi məsələlər barədə ətraflı izahat verildi.