Səyyar görüş keçirildi
30 oktyabr 2019 | 16:00
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü oktyabr ayının 30-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək-1 də yeləşən yataqxanada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Azərbaycanın sürətli və hərtərəfli inkişafından danışdı. Daha sonra sakinlərin problemləri dinlənildi. Bəzi məsələlər yerində həllini tapdı, digər müraciətlər barədə aidiyyəti üzrə tapşırıqlar verildi.