Növbəti səyyar görüş keçirildi
Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun səyyar görüşlərindən biri də Sumqayıt şəhəri, 15-ci məhəllədə məskunlaşan məcburi köçkünlərlə keçirildi. Rayon İcra Hakimiyyəti başçısı ölkədə uğurla davam etdirilən sosial-iqtisadi inkişafdan, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi. Bəzi məsələlər yerində həll olundu.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.