Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü

09 noyabr 2012 | 16:00

Azərbaycanın ilk Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək öz statusunu qoruyub saxlamışdır.
1991-ci il oktyabrın 18-də respublikamız ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında mühüm əhəmiyyətini və xüsusi yerini müəyyən etmişdir.
Həmin sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün munasibət ilə rayonumuzun hüquq-mühafizə orqanlarının, xidmət idarələrinin rəhbərləri, inzibati ərazi dairələrinin və rayon ictimaiyyətinin nümayəndələri rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun rəhbərliyi ilə noyabr ayının 7-də Dövlət bayrağı meydanını ziyarət etmiş, oradakı muzeylə yaxından tanış olmuşlar.
Mavi Xəzərin sahilində zövqlə inşa olunmuş bayraq meydanının, 162 metr yüksəklikdə dalğalanan üçrəngli bayrağımızın əzəmətli görkəmi, buradakı muzeydə nümayiş etdirilən tariximizin müxtəlif dövrlərinə, hökmdarlara, xanlıqlara aid bayraqlar, rəmzlər, zirehli və digər hərbi geyimlər, silahlar, orden-medallar, xüsusən müstəqillik dövrünü əks etdirən eksponatlar olduqca dərin təəssürat yaratmışdır.
Tədbirin sonunda RİH-nin başçısı cənab R.Həsənov bayraq meydanı və muzeylə tanışlığın vacibliyini, soydaşlarımızda, xüsusən gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm əhəmiyyətini qeyd etmişdir.
 

Keçidlər