Zəngilanlı məcburi köçkünlər ilə növbəti səyyar görüş keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun səyyar qəbulu oktyabr ayının 16-da Binəqədi rayonu, Binəqədi kənd Mədəniyyət evinin binasında yaşayan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov, RİH başçısı Ramiz Həsənov, aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov və rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Prezident cənab İlham Əliyevin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində apardığı genişmiqyaslı işlərdən, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışdı. Daha sonra sakinlərin müraciətləri dinlənildi.
Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı və digər məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verildi .
Səyyar görüş zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.