Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

08 oktyabr 2019 | 16:00

Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 8 oktyabr 2019-cu il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 16 nömrəli Peşə liseyinin binasında məskunlaşan məcburi köçkünlərlə keçirildi.
Qəbul zamanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov köçkünlüyün yaratdığı problemlərdən, onun aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı tədbirlərdən, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra sakinlərin problemləri dinlənildi və qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər