Növbəti səyyar görüş keçirildi
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü oktyabr ayının 1-də Hacıqabul rayonu, Qızılburun qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, cənab Prezidentin apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısı sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi. Ayrı-ayrı sahələrə dair məsələlərin çoxu yerində həll edildi, bəzilərinin isə həlli nəzarətə götürüldü.
Səyyar görüş zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.