Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü keçirdi

17 sentyabr 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də 17 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səfər Əliyev 25, çay fabrikinin yataqxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı qəbul zamanı Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir sıra tədbirlərdən danışdı. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər.
Qaldırılan məsələlərin bir qismi operativ şəkildə yerindəcə öz həllini tapdı. Digər məsələlərlə əlaqədar  aidiyyəti üzrə tapşırıqlar verildi, müəyyən tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər