QURBAN PAYLARI VERİLMİŞDİR
27 oktyabr 2012 | 15:00
İslam aləmində Qurban bayramı günlərində imkansız ailələrə, insanlara əl tutmaq, qurban payları vermək pozulmaz, nəcib ənənəyə çevrilmişdir.
Bu ənənəyə uyğun olaraq oktyabr ayının son günlərinə təsadüf edən builki Qurban bayramında Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, iş adamlarının, humanitar təşkilatların imkanları hesabına Sabirabad rayonu ərazisindəki qəsəbədə 161, tibb universitetinin yataqxanasında 83, Zabrat qəsəbəsindəki avtomobilçilərin 2 saylı yataqxanasında 117, rayonumuzun inzibati dairələri üzrə 120 imkansız ailəyə və Sumqayıt şəhərindəki zəngilanlı şəhid ailələrinə 60 bayram payları verilmişdir.