Zəngilan RİH-nin başçısının növbəti səyyar qəbulu Nərimanov rayonunda məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi
10 sentyabr 2019 | 16:00
Təsdiq edilmiş qrafikə uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu sentyabr ayının 10-da Nərimanov rayonu, Hidayətzadə 20 ünvanında məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətlər dinlənildi və müraciətlərin həlli nəzarətə götürüldü. Məsələlərin müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.