Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar görüşü

03 sentyabr 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu  sentyabr  ayının 3-də  Sabunçu rayonu, BMZ-nin 2 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə keçirildi.
İlk öncə Zəngilan RİH-nin başçısı  çıxış edərək,  Ölkə Prezidenti cənab İlham Əliyevin  düzgün siyasəti nəticəsində iqtisadiyyatımızın günü-gündən inkişaf etdiyini, xarici siyasətdə böyük nailiyyətlər əldə edildiyini vurğuladı. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətlər dinlənildi. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı və digər məsələlərlə əlaqədar  aidiyyəti üzrə tapşırıqlar verildi.
Sonda sakinlər məcburi köçkünlərə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdi.

Keçidlər