Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu avqust ayının 27-də Nizami rayonu, Əliağa Kürçaylı 7 ünvanında fərdi evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Görüşdə RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Problemləri diqqətlə dinləyən rayon rəhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi, digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.