Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.

26 avqust 2019 | 16:00

Avqustun 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak etdilər. Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq olduqdan sonra tədbir konsert proqramı ilə davam etdirildi. Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdılar. Onlar dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildirdirərək ən xoş arzularını çatdırdılar. Sonda tədbir təşkilatçıları və qonaqlar birgə xatirə  şəkli çəkdirdi.

Keçidlər